Komitə Koronavirusla Mübarizəyə Dəstək Fonduna qoşulur

Komitənin prezidenti Fərid Əlizadə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüləcəyini açıqlayıb.

Beynəlxalq Turan Oyunları Komitəsi Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək. Bunu Komitənin prezidenti, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü Fərid Əlizadə 2020-ci il martın 21-də BAKU.NEWS-a açıqlamasında bildirib.

Fərid Əlizadə deyib ki, çətin gündə bir-birinə dəstək olmaq qədim adətlərimizdəndir. O, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsünü alqışladığını və Fonda vəsait köçürməyə qərar verdiyini bildirib.

Mənbə: BAKU.NEWS, 21.03.2020 — https://baku.news/beynelxalq-turan-oyunlari-komitesinden-prezidentin-yaratdigi-fonda-kmf-destek