Atlı Cirit
Atlıların bir-birinə ucu küt ağac cirit atdığı qədim türk komanda oyunu.
Xalqlarda adları
- cirit (Türkiyə türkləri)
Haqqında
Atlı cirit iki komandanın at üstündə oynadığı ənənəvi türk oyunudur: atlılar rəqib komandanın oyunçularına ucu küt ağac cirit atırlar. «Cirit» sözü ərəb mənşəlidir və «xurma ağacının soyulmuş budağı» deməkdir.
Türkiyə Ənənəvi Atlı İdman Növləri Federasiyasının məlumatına görə, atlı cirit hunlardan bəri oynanılır; Səlcuq və Osmanlı dövlətlərində həm hökmdarlar, həm də xalq onu sevərək oynayıb. Bu gün oyun xüsusən Ərzurum, Bayburt, Qars və Uşak bölgələrində yaşayır.
Tarix
Cirit çox vaxt saraylarda, hökmdarların önündə, ordu böyüklərinin iştirakı ilə oynanılırdı. Komandalar döyüşdəki kimi cərgəyə düzülürdü: beş nəfərlik komandaya «bölük», yeddi nəfərlik komandaya «alay», başçıya isə «kolbaşı» deyilirdi.
Cirit Orta Asiyada, Azərbaycanda və Anadoluda keçən əsrə qədər ən çox oynanılan oyunlardan olub. Oyun təhlükəli idi və ölüm halları baş verirdi; buna görə 1826-cı ildə Osmanlı padşahı II Mahmud onu qadağan edib. Sonralar cirit idman oyunu kimi yenidən yayılıb; bu gün Türkiyənin Ərzurum, Bayburt, Sivas, Tokat və Söyüd bölgələrində yarışlar keçirilir.
Qaydaların xülasəsi
Görüşə hər komanda yeddi at və yeddi oyunçu ilə başlayır; oyunçularının sayı beşdən aşağı düşən komanda məğlub sayılır. Cirit 100 santimetr uzunluğunda ağac çubuqdur, yoğun ucu rezinlə örtülür.
Oyunçu irəli çapıb ciriti rəqibə atır və öz sırasına qayıdır; rəqib isə onu təqib edib öz ciritini atır. Ciriti rəqibə dəydirən oyunçu xal qazanır; atılan ciriti havada tutmaq da xal gətirir. Rəqibin qabağını kəsib vurmaq imkanı olduğu halda onu bağışlayan oyunçu da xal alır.
Federasiyalar və yarışlar
Türkiyə Ənənəvi Atlı İdman Federasiyası (2022).
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası
Mənbələr
- Yeni ənənəvi idman federasiyaları — Anadolu Agentliyi
- Türkiyə Ənənəvi İdman Federasiyası — Vikipediya
- Atlı Cirit — Türkiyə Ənənəvi Atlı İdman Növləri Federasiyası
- Jereed — Vikipediya (ingiliscə)
- Şəkil: Karagozerkan, CC BY-SA 4.0 — Wikimedia Commons
- Füzuli Bayat. Şamandan səmazənə: oyun və oyunçu. Bakı: Elm və təhsil, 2017, s. 152–154