Çövkən
Qarabağ atları üzərində oynanılan qədim komanda oyunu.
Xalqlarda adları
- çovqan (Azərbaycanlılar)
- eğir oyunu (çevgan) (Türkiyə türkləri)
- çavqon (Özbəklər)
Haqqında
Çövkən düz, otlu meydanda iki komanda arasında oynanılan ənənəvi atüstü oyundur. Hər komandada beş atlı olur: iki müdafiəçi və üç hücumçu. Qarabağ atları üzərində oyunçular taxta çövkən ağacları ilə kiçik dəri və ya taxta topu rəqibin qapısına vurmağa çalışırlar.
Oyun meydanın mərkəzindən başlayır və cəngi adlanan xalq musiqisi ilə müşayiət olunur. Oyunçular ənənəvi olaraq papaq, beli dar uzun çuxa və xüsusi geyim geyinirlər.
Çövkən köçəri mədəniyyətə bağlı kimliyi və atın gündəlik həyatın ayrılmaz hissəsi olması anlayışını yaşadır. 2013-cü ildə UNESCO onu Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.
Tarix
F. Bayatın yazdığına görə, Örənqalada aparılmış arxeoloji qazıntılarda tapılan şirli qabın üstündəki çövkən təsviri oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını göstərir. XI əsrdə Kaşğarlı Mahmud «Divanü Lüğat-it-Türk»də oyundan və onun qaydasından bəhs edib; müasiri Yusuf Balasaqunlu da ondan söz açır. Mənbələrə görə, XII əsrdən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında çövkən yarışları keçirilib; Səfəvi və Osmanlı saraylarında xüsusi məşq etmiş oyunçular vardı.
XVI əsrdə Baburilər oyunu Hindistana aparıblar; XIX əsrdə o, oradan İngiltərəyə gətirilib, yeni qaydalarla Avropa və Amerikada yayılıb və «polo» adı ilə 1900-cü ildə Parisdə II Olimpiya Oyunlarının proqramına salınıb. Çövkən oyunçusuna «çovqanbaz», topu vurana «çovqanzən», komandalara xidmət edənə «çovqandar» deyilirdi.
Qaydaların xülasəsi
F. Bayatın verdiyi ümumi təsvirə görə, oyun iki komanda arasında oynanılır: atlılar ucu əyri ağacla — çövkənlə topu rəqibin qapısından keçirməyə çalışır və daha çox top keçirən komanda qalib gəlir. Ağacın uzunluğu 120–150 santimetrdir; top söyüd və ya başqa ağacdan düzəldilir. Meydanın uzunluğu 200–240, eni 120–160 metr olur; qapı dirəklərinin arası üç metrdən altı metrə qədərdir. Bəzi ölkələrdə ağacın ucuna tor bağlayır və topu tora salıb qapıya atırlar; orada qapıya yeddi top atan komanda qalib sayılır.
Federasiyalar və yarışlar
UNESCO (2013), milli federasiya.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası