Dama
Xanalı lövhədə daşlarla oynanılan zəka oyunu.
Haqqında
Dama 64 xanalı (8×8) taxtada iki nəfərin oynadığı oyundur. Hər oyunçunun 16 daşı olur və onlar iki cərgədə düzülür; arxa cərgə boş qalır. Daş bir xana irəli və ya yana gedir, geri və çarpaz gedə bilmir. Rəqibin daşı onun üstündən tullanmaqla vurulur.
Vurmaq məcburidir: bir neçə yol varsa, ən çox daş vuran yol seçilməlidir. Taxtanın son cərgəsinə çatan daş «dama» olur və düz xətt üzrə irəli, geri və yana istənilən qədər boş xana gedə bilir. Rəqibin bütün daşlarını vuran və ya gedişsiz qoyan oyunçu qalib gəlir.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası