Dəvə güləşi

Erkək dəvələrin güləşdirildiyi Egey bölgəsi festivalı.

Haqqında

Dəvə güləşi Anadolu yörüklərinin mədəniyyətindən gələn yerli ənənədir: bəzədilmiş erkək dəvələr meydanda bir-biri ilə güləşir. Ən tanınmış festivallardan biri Türkiyənin Səlcuq (Efes) şəhərində keçirilir.

Tarix

D. Şahinlerin yazdığına görə, dəvə güləşinin Anadoluda nə vaxt başladığı dəqiq bilinmir, amma yazılı və şifahi mənbələr ənənənin ən azı 200 illik tarixi olduğunu göstərir. Osmanlı arxivlərində II Mahmud dövrünə aid qeyd var: Gedizdə zəy daşıyan dəvələr Tirədə keçiriləcək güləş üçün saxlanılıb — yəni XIX əsrin birinci yarısında belə güləşlər artıq yayılmışdı.

Güləşlər əsasən Qərbi Anadoluda — Aydın, İzmir, Manisa, Dənizli və Muğla vilayətlərində — adətən dekabrdan marta qədər, dəvələrin qızışma dövründə keçirilir. Güləşən dəvələr «tülü» adlanır: bu, tək hürgüclü dişi ilə cüt hürgüclü erkəyin mələzidir. Mövsümdən əvvəl dəvəyə təntənə ilə «havut» — bəzəkli palan geydirilir; güləşdə dəvələrin ağzı bağlanır.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Şəkil: Ersindegismez, CC BY-SA 4.0 — Wikimedia Commons (Səlcuq-Efes, 2025)
  2. D. Şahinler, Türk Kültüründe Deve Güreşi — Küre Ansiklopedi, 01.04.2025