Atçılıq bacarıqları

At üstündə minicilik məharətinin nümayişi.

Haqqında

Osmanlılarda mahir atlıya «cündi» deyirdilər; minicilik təlimi keçilən meydan isə «cündi meydanı» adlanırdı. Demək olar ki, bütün idman növlərində at işləndiyinə görə yaxşı cündi olmaq çox vacib sayılırdı. Cündi çaparkən ciridi atır, dirəyin başına qoyulmuş qabağı oxla vurur, padşahın hüzurunda nizə oynadır və at üstündə müxtəlif nümayiş hərəkətləri edirdi.

Evliya Çələbi Osmanlı elçi heyətinin Vyanaya girişində gördüklərini belə təsvir edir: qırmızı şalvarlı qırx-əlli cündi çapan atın üstündə ayaq üstə, bəzisi başı üstə dururdu; yəhərdə bardaş qurub otururdular; atın qarnının altından keçib o biri tərəfdən çıxır, üzəngisiz ata sıçrayırdılar; çaparkən atın qayışını açıb yəhəri çıxarır, yəhərsiz çapır və yenə yəhərləyirdilər.

Tarix

M. Kapanşahinin Osmanlı salnaməçilərinə əsasən yazdığına görə, 1530-cu il sünnət toyunda atlılar meydanda belə hünərlər göstəriblər: çapa-çapa ayaqqabısını çıxarıb geyinir, ayaqlarını üzəngidən çıxarıb yəhərin üstündə oturur və oturduğu yerdə dönürdülər. Bir atlı yəhərə möhkəm bağlanmış dörd qılıncın üstündə ayaqyalın dayanıb at çapıb. İki nəfər bir atla çıxıb: at qaçdığı halda biri minir, o biri enirdi.

Başqa bir atlı iki atı yan-yana bağlayıb, bir ayağı bir atın, o biri ayağı ikinci atın üstündə gedib. Atlar da öyrədilmişdi: biri qabağına atılan yeməyi ağzı ilə götürüb sahibinə uzadır, diz çökür, uzanır və heykəl kimi tərpənmədən dayanırdı.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. H. Akın Zorba, Evliya Çelebi Seyahatnâmesi'ne Göre Osmanlı İmparatorluğu'nda Spor — IntJSCS, 2014, s. 724–725
  2. Şəkil: SSGT Jeremy T. Lock, ictimai mülkiyyət — Wikimedia Commons
  3. M. Kapanşahin, Kanuni Sultan Süleyman’ın Çocuklarının Sünnet Düğününde Oynanan Oyunlar — Türk Halklarının Geleneksel Spor Oyunları, Bişkek, 2015, s. 99–107