Xüreş
Tuvaların milli güləşi; Rusiya idman növləri reyestrindədir.
Haqqında
Xüreş tuvaların milli güləşidir. Görüşdən əvvəl güləşçilər «devig» — qartal rəqsini oynayırlar: rəqs qartalın getdikcə daha yüksəyə uçmasını təsvir edir. Yerə birinci yıxılan və ya dizi ilə yerə toxunan güləşçi məğlub sayılır.
Güləşçilər dar idman şortu və uzunqol qısa gödəkcə geyinirlər. Yarışlar hər il Naadım bayramında və Şaqaa — Yeni il bayramında keçirilir.
Tarix
O. Karatayevin yazdığına görə, Cənubi Sibirin türk və monqol xalqlarında böyük şənliklər üç yarışla keçirdi: əvvəl güləş, sonra at yarışı, axırda oxatma. Tuva və monqol pəhləvanlarının görüşdən əvvəl əllərini yuxarı qaldırıb oynadıqları qartal rəqsi və budlarına üç dəfə vurmaları dünyanın üç qatı haqqındakı təsəvvürlə bağlanır: qartal yuxarı dünyanı, maral orta dünyanı, ayı aşağı dünyanı bildirir.
Güləşin qədimliyini arxeoloji tapıntılar göstərir: sak dövrünə (e.ə. VI–III əsrlər) aid toqqalarda və Ordosdan tapılmış əşyalarda üst geyimsiz, gen şalvarda güləşən pəhləvanlar təsvir olunub. Yarışda tamaşaçılar dairə vurub oturur; 16 və ya 36 pəhləvana iki, 66 pəhləvana dörd sekundant təyin edilirdi.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası