Qırğız kuroşu

Qırğızların milli güləşi.

Haqqında

Qırğız kuroşunda güləşçilər dairədə dayanır, bir-birinə yaxınlaşır və əllərini rəqibin belinə qoyurlar: güləş bu tutuşdan başlayır. Yarışlara on altı yaşdan yuxarı güləşçilər buraxılır.

Tarix

O. Karatayevin yazdığına görə, qədim türklərdə güləş sadəcə şənlik tamaşası deyil, döyüşdə işlədilən hərbi sənət idi və zaman keçdikcə yarışa çevrilib. Qırğız xalq yaradıcılığında pəhləvan meydana belinə qurşaq — «bel boo» bağlayıb çıxır; «Manas» dastanında Koşoy ilə Coloy məhz qurşaq güləşində güc sınayır.

Bu qədim güləşin növləri bu gün «alış», «Leylək kürəşi» və «Qara-Dərya kürəşi» adları ilə tanınır; onlarda ayaqdan çalmaq, diz üstə güləşmək, əli və ayağı burmaq qadağandır. Alış üzrə ilk dünya çempionatı 2002-ci ildə Oş şəhərində 30-dan çox ölkənin pəhləvanlarının iştirakı ilə keçirilib.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Qırğız milli oyunları
  2. Şəkil: LadyPutz, CC BY-NC-SA 2.0 — Flickr
  3. Түрк элдеринин салттуу спорттук оюндары / Türk Halklarının Geleneksel Spor Oyunları — Bişkek, 2015: O. Karatayev (s. 197), N. İsabayeva (s. 219)