Mərə

Çuxurlarda xırda daşlarla oynanılan Azərbaycan xalq oyunu.

Xalqlarda adları

Haqqında

Mərə («mərə köçdü») çuxur və daşlarla oynanılan Azərbaycan xalq oyunudur; Türkiyənin manqalası və Orta Asiyanın doqquz qumalağı ilə bir ailədəndir. Oyunu iki və ya dörd uşaq oynayır. Hər oyunçunun üç çuxuru — «mərə»si və 21 daşı olur: daşlar «Dana, dana, qır dana, iki öküz, bir dana» sayması ilə iki-iki paylanır və hər çuxura yeddi daş düşür.

Oyunçu bir çuxurun daşlarını götürüb növbə ilə çuxurlara paylayır. Son daşı rəqibin çuxuruna düşəndə həmin çuxurdakı daşları qazana bilir; rəqibdən yeddi və daha çox daş alan oyunçu həm daşları, həm də bir çuxuru qazanır. Bütün çuxurları boşalan oyunçu oyundan çıxır.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Azərbaycan döyüş sənətləri və oyunları — Vikipediya
  2. Mərəköçdü — Vikipediya (azərbaycanca)
  3. Qarabağda xalq oyunları — AMEA Folklor İnstitutu (T. Orucov)
  4. Şəkil: Andrew Magill, CC BY 2.0 — Flickr