Salbuurun

Qırğızların berkut, tazı və yayla ənənəvi ovu və onun yarışları.

Haqqında

Salbuurun qırğızların ənənəvi ovudur: ovçu berkutla, tayqan adlanan tazı iti ilə və yay-oxla ova çıxır. O, tək bir yarış deyil, bir neçə ov bacarığını birləşdirən ənənədir.

Dünya Köçəri Oyunlarında salbuurun üç yarışdan ibarətdir. Bürküt saluuda berkut hədəfi tapıb tutmalıdır; əvvəllər canlı dovşan və ya tülkü buraxılırdı, Oyunlarda isə müqəvva işlədilir. Dalba oynotuuda şahinin sahibi quşu uzun meydanın o başından çağırır: quş nə qədər tez gəlsə, nəticə o qədər yaxşıdır. Tayqan jarışda tazılar ovun arxasınca qaçır.

Qaydaların xülasəsi

Dünya Köçəri Oyunlarının qaydalarına görə, komanda dörd nəfərdən ibarətdir: bir rəhbər və üç iştirakçı. Berkut iki məşqdə sınanır. «Çırğa»da atlı tülkü və ya dovşan dərisindən düzəldilmiş müqəvvanı arxasınca sürüyür, berkut isə onu tutmalıdır; quşun uçuş sürəti və hazırlığı qiymətləndirilir. «Ündök»də berkut 200 metr aralıdan sahibinin əlindəki ətə çağırılır və onun sahibinə nə qədər vaxta çatdığı ölçülür; sahibi yerdə də dayana bilər, at üstündə də.

Qaliblər yarışlarda toplanmış xallara görə müəyyən edilir.

Federasiyalar və yarışlar

Qartal, tazı və ox ilə ov.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Qırğız milli oyunları
  2. Dünya Köçəri Oyunları bələdçisi — Kabar agentliyinin arxivi
  3. Dünya Köçəri Oyunları: idman növləri — Nomadic Samuel
  4. Şəkil: SSRİ Poçtu, 1988, ictimai mülkiyyət — Wikimedia Commons
  5. ДКО салбуурунду кандай эрежеде өткөрөт? Бүркүт салуу, далба ойнотуу, тайган жарыш — Sputnik Кыргызстан, 06.05.2018