Altınqabaq
Çapan atdan üzüyün içindən ox keçirmək yarışı.
Haqqında
Altınqabaq Azərbaycanın qərb və cənub-qərb bölgələrində yayılmış atlı oyundur. Gənclər at çapır, ox və ya odlu silahla nişan alıb hədəfi vururlar. Əsas məqsəd qızıl və ya gümüş üzüyün, yaxud halqanın içindən oxu keçirməkdir; bunu bacaran qalib sayılır.
Daha qədim çağlarda hədəf kimi içi qızılla dolu qabaq asılırdı — oyunun adı da buradan gəlir. Belə yarışlar cıdır düzlərində keçirilirdi.
Eyni yarış qonşu türk xalqlarında da var. K. Amanjolun yazdığına görə, qazaxlar çapan atın üstündən yayla və ya tüfənglə hədəfə atmağa «jambı atu (altın qabaq)», qırğızlar «jambı atuu», özbəklər «altın qabaq» deyir; orada hündür dirəkdən gümüş külçə asılır və atlı onun qayışını vurub qırmalıdır. Müəllif bu yarışın mənşəyini XVIII əsrə qədər yaşamış hərbi sənətlə bağlayır.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası
Mənbələr
- Azərbaycan döyüş sənətləri və oyunları — Vikipediya
- Füzuli Bayat. Şamandan səmazənə: oyun və oyunçu. Bakı: Elm və təhsil, 2017, s. 139–147
- К. Аманжол, Казахские национальные конно-спортивные игры (XIX – начало XX вв.) — Türk Halklarının Geleneksel Spor Oyunları, Bişkek, 2015, s. 21–25
- İllüstrasiya: süni intellektlə hazırlanıb, Komitə təqdim edib