Başqoruma
Piyada döyüş oyunu.
Haqqında
Başqoruma dairədə oynanılan piyada döyüş oyunudur. Bir oyunçu mərkəzdə dayanır və yerini tərk etməməyə çalışır; dairənin kənarındakılar ona zərbə vurmağa cəhd edir, o isə özünü qoruyaraq təpik atır. Təpik dəyən oyunçu mərkəzdəkini əvəz edir və oyun davam edir.
Oyunda əsas iş başı qorumaqdır — adı da buradandır. Oyun özünümüdafiə və cəld hərəkət bacarığını yetişdirir və iştirakçılar yorulana qədər davam edir.
Oyun Şirvan bölgəsində, Ağsu rayonunun Kalva kəndində yazıya alınıb (E. Qaliboğlu). Orada hamar torpaqda diametri 1,5 metr olan dairə çəkilir, oyunçulardan biri əlindəki ağacı dairənin tam ortasına sancır; kənarda adətən üç-dörd oyunçu olur, amma daha çox da ola bilər. Kənddə oyuna «Başqorama» deyirlər.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası
Mənbələr
- Azərbaycan döyüş sənətləri və oyunları — Vikipediya
- E. Qaliboğlu, Şirvan bölgəsində uşaq oyunları (Ağsu rayonunun Kalva kəndindən toplanmış materiallar əsasında) — İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları. Bakı, 2016, s. 88
- İllüstrasiya: süni intellektlə hazırlanıb, Komitə təqdim edib