Dəyənək oyunu
Piyada döyüş oyunu.
Haqqında
Dəyənək oyunu Azərbaycanın tərəkəmələr yaşayan bölgələrində keçmişdə çobanların oynadığı döyüş oyunudur: oyunçular dəyənəklə bir-birinə hücum edir və özünü qoruyur.
Tədqiqatçı Füzuli Bayat bu oyunu Osmanlı döyüşçülərinin oynadığı matrakın bir variantı sayır. Matrakda oyunçular qılınc əvəzinə dəyənək, o biri əllərində isə qalxan tuturlar.
F. Bayatın təsvirinə görə, bu oyunla qohum olan matrakda zərbə yüngülcə başa vurulur və hər vuruş bir xal sayılır; bərk vurmaq, zədələmək qadağandır, ən çox xal toplayan qalib gəlir. Oyun cəng havası ilə başlayır və hakimin əmri ilə bitir. Oyunçular meydana çıxanda bir-birinə təşəkkür edir, oyun qurtaranda isə vurduqları zərbəyə görə üzr istəyirlər — bu, rəqibə hörmət tərbiyə edir.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası