Dirədöymə
Piyada döyüş oyunu.
Haqqında
Dirədöymə yerdə çəkilən dairənin içində dəstə ilə oynanılan oyundur. Dairənin içindəkilər qayışı (kəməri) qoruyur, çöldəkilər isə onu götürməyə çalışırlar. Tədqiqatçı Füzuli Bayat belə oyunları qədim türklərin müdafiə oyunları sayır: mühasirədə özünü qorumağı və mühasirədən çıxmağı öyrədirlər.
Oyunun bölgələrdə fərqli adları var: Naxçıvanda «Cızıq tutması», Muğanda «Cızıqdançıxma», Bakıda «Qayışçapdı», Göyçayda «Turaoynu». Hüseynqulu Sarabski «Köhnə Bakı» kitabında onu «Cızıq turnası» adı ilə təsvir edir: uşaqlar qurşaqlarını eşib düyünləyir, buna «turna» deyirdilər. Anadoluda eyni oyun «Kemer» adlanır.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası