Onikitaş
On iki daşla oynanılan Anadolu strategiya oyunu.
Haqqında
Onikitaş iki nəfərin üzbəüz oynadığı daş düzmə oyunudur və üçdaş, doqquzdaş oyunları ilə bir ailədəndir. Taxta iç-içə çəkilmiş kvadratlardan ibarətdir; kvadratların tərəflərinin ortaları xətlərlə birləşdirilir. Oyunçular növbə ilə daşlarını xətlərin kəsişdiyi nöqtələrə qoyur, sonra onları qonşu boş nöqtəyə çəkirlər.
Bir xətt üzrə üç daşını yan-yana düzən oyunçu rəqibin bir daşını oyundan çıxarır. Onikitaşın doqquzdaşdan fərqi odur ki, kvadratların küncləri də çarpaz xətlərlə birləşdirilir və daşlar bu istiqamətlərdə də hərəkət edə bilir. Onikitaş Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının idman növlərindən biridir.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası