Qara qaplan

Döyüş sənəti. Tatarıstanda XX əsrin sonunda Qara Qaplan və Alıpbər adları ilə qədim tatar döyüş sənətini bərpa etməyə cəhd olunub.

Haqqında

Qara Qaplan («qara pələng») qədim tatar döyüş məktəbidir. Təsvirlərə görə, o, silah işlətməyi — yay, qılınc, nizə, xəncər və gürzü, əlbəyaxa döyüşü, at minməyi və dözümlülük təlimini birləşdirirdi; onu mükəmməl bilən son döyüşçülər Krım xanlığının əsgərləri sayılır.

1989–1990-cı illərdə Bakıda doğulmuş tatar, Azərbaycan xüsusi təyinatlılarının zabiti Altaf Güləhmədov (Kulaxmetov; 1960–2020) Qara Qaplanı bərpa etməyə çalışdı: karate, taekvondo və Vyetnam döyüş sənətlərinin ünsürlərini öz hərbi təcrübəsi ilə birləşdirərək sistemi bu adla dərc etdi. Cəhd geniş yayılmadı — 1997-ci ildə tədris dayandı. Bu gün Qara Qaplan fəal deyil.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Namazov, 2020 — qədim türk döyüş sənətlərinin cədvəli (World Alpagut Federation)
  2. «Кара Каплан»: как татарин из спецназа Азербайджана создал новое единоборство — Миллиард.Татар, 27.07.2023
  3. Воины Крымского ханства были последними, кто в совершенстве владел боевым искусством «Кара Каплан» — Крымскотатарский ресурсный центр, 21.01.2023
  4. İllüstrasiya: süni intellektlə hazırlanıb, Komitə təqdim edib