Xizək
Qədim türklərdə xizəklə ov və yarış.
Haqqında
Altay dağlarında yaşayan qazax, tuva və monqol maldarları min illərdir at dərisi çəkilmiş taxta xizəklərdən istifadə edirlər. Xizək yüngül ağacdan — küknar və ya şamdan düzəldilir, üstünə at baldırının tüklü dərisi çəkilir, bağları isə xam dəridən olur. Uzun qışda bu xizəklə yol gedir, ova çıxırlar.
Altay bölgəsində (Çin, Sincan) əlində ağac olan xizəkli ovçuları təsvir edən qayaüstü rəsmlər tapılıb; onların yaşının on min ildən çox olduğu ehtimal edilir. 2006-cı ilin yanvarında burada qırxa yaxın maldarın qatıldığı qədim xizək yarışı keçirilib.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası