Tımak urıp jığu

Gözübağlı papaq yıxma.

Haqqında

Tımak urıp jığu daha çox qazaxların və qırğızların oynadığı atlı oyundur. Atlının gözünü dəsmalla bağlayır, yerində bir neçə dəfə dolandırır, sonra buraxırlar: o, dirəyin başındakı papağı tapıb qamçı ilə vurub yerə salmalıdır.

Bunu bacaran qalib sayılır. Füzuli Bayat bu oyunu Azərbaycandakı «Papaq oyunu»nun Orta Asiya variantı adlandırır; oyunun atsız növləri də olub.

Y. Qayraxanın təsvirinə görə, yerə oyunçunun boyundan hündür olmayan dirək sancılır və başına tımak — qulaqlı papaq geydirilir. Oyunçu papağın harada olduğuna baxandan sonra gözü bağlanır. Hər oyunçuya üç cəhd verilir; üçündə də vura bilməyən öz hünərini göstərməklə — mahnı oxumaqla, şeir deməklə — daha üç cəhd qazana bilər.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Qazax milli oyunları — Orexca
  2. Füzuli Bayat. Şamandan səmazənə: oyun və oyunçu. Bakı: Elm və təhsil, 2017, s. 149
  3. Е. Қайрахан, 22 наурыз. Қазақтың ұлттық ойындары — Massaget.kz, 21.03.2015
  4. İllüstrasiya: süni intellektlə hazırlanıb, Komitə təqdim edib