Tomak
Top-çomaq oyunu.
Haqqında
Tomak Osmanlı saraylarında oynanılan piyada döyüş oyunudur. «Tomak» həm də oyun alətinin adıdır: üstü meşindən, içi keçədən tikilib qadın saçı kimi hörülür; əllə tutulan tərəfi uzun, vuran hissəsi yastıdır.
Oyunu altı nəfərlik iki komanda oynayır. Hücum edən oyunçu rəqibin kürəyinə vurur, müdafiə olunanlar zərbəni qolları ilə dəf edirlər. Oyun bir komanda məğlub olduğunu qəbul edənə qədər davam edirdi. Tomakı piyadalar, ona bənzər ciriti isə atlılar oynayırdı; oyunda dözüm, çeviklik və zəka əsasdır.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası