Yaylıq
Atlıların ipək yaylıq uğrunda yarışdığı qədim oyun.
Haqqında
Yaylıq oyununun Qarabağ variantında atlılardan biri ipək yaylığı yuxarı qaldırıb meydanda sürətlə dövrə vurur, digər atlılar isə yaylığı ondan almağa çalışırlar. Oyun atı məharətlə idarə etməyi, yaxşı at sürməyi və yaxşı at seçməyi öyrədir.
Oyunun başqa adı «Gərdəkqaçırtdı»dır. Kənd toylarında gəlin gətirilərkən gənc atlılar faytonun arxasından yarışa başlayırdılar. Bəy evinin həyətinə birinci çatan atlı qırmızı gərdəyi alıb gəlin faytonunun qabağına çıxır, bəyin yaxınları isə ona hədiyyə verirdi. Zaman keçdikcə oyun daha çox bayram və şənliklərdə oynanılıb.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası